Menyu

ReSurslar



 
       

          Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası

 

 

Azərbaycan Dövlət Respublika Elmi Tibb Kitabxanası Azərbaycan Respublikası Xalq Komisarları tərəfindən verilmiş 29 noyabr 1939-cu il qərarına əsasən təşkil edilmişdir. Kitabxana 1940-ci ildən real fəaliyyətə başlamışdır. Onun ilk direktoru M.Səmədova olmuşdur. Kitabxana:

1. Kitabxana səhiyyə müəssisələri sisteminə daxildir və Səhiyyə Nazirliyinin tabeliyindədir.

2. Səhiyyə orqanlarının, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini xalqın sağlamlığı problemlərini, sosial-gigiena və səhiyyanin taşkili, klinik və profilaktik təbabət, sanitar-epidemioloji və səhiyyənin, tibb elminin diqər problemləri ilə məşğul olan alim və mütəxəssislər kitabxana-biblioqrafiya, və informasiya ilə vaxtında tamin edir, səmərələşdirici təkliflər təqdim edir.

3. Azərbaycan Respublikasında tibb kitabxanaları şəbəkələrinə təşkilatı-metodik rəhbərliyi və onların əlaqəli fəaliyyətini həyata keçirmək, elmi-təqiqat institutlarının, ali və orta tibb tahsil müəssisələrinin elmi tibbi informasiya şöbələrinin fəaliyyətinə metodiki və koordinasiyası üzrə rəhbərliyi həyata keçirir.

4. Sahəvi depozitar kitabxana və tibb elminin aktual problemləri üzrə vahid sorğu-məlumat fondlarını təşkil edir.

01.01.20008 tarixinə kitabxananın fondu milli və xarici dillardə olan kitab, jurnal, avtoreferatlardan və s. ibarət olmaqla 472.494 nüxsə hesablanmişdır. Kitabxananın bir neçə fondu vardır: ümumi fond, depozitar fond, arxiv fond, fəal fond, nadir nəşrlər fondu. Məzmununa görə əsas fond tibbi elmi fəaliyyətlə və tibbi təcrübə ilə məşğul olan, tibb sahəsində təhsil olan oxucular üçün nəzərdə tutulmuşdur. Bu baxımdan fond əsasən elmi və profilaktik tibbi ədəbiyyatdan ibarətdir. Kitibxana fondunun komplektləşdirilməsi tematik-topoloji plan əsasında keçirilir.

 2007-ci ildə fonda 2375 nüsxə ədəbiyyat daxil olmuşdur. Bunlardan: kitab - 1080 nüsxə; jurnal - 540 (rus dilində) nüsxə, 583 (başqa xarici dilində); avtoreferat - 111 nüxsə.

 AzDRETK-da bu növ kataloq və kartotekalar var: əlifba kataloqu, sistemli kataloq (həmçinin xarici şöbədə əlifba və sistemlikataloqu), şəxsiyyətlərə həsr edilmiş kataloq, avtoreferatlar kataloqu, "Yeni ədəbiyyat" katalogu, ölkə şünaslıq əlifba və sistemli kataloqu, dövrü naşrlərin kartotekası, oxucu kartotekası. Sistemli kataloq əsas soraq-axtarış aparatı hesab olunur. Sistemli kataloqun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, orada bütün növ ədəbiyyat (monoqrafiyalar, elmi işlər, toplular, dərsliklər, avtoreferatlar, broşurlar, instruktiv-metodiki materialların təsvirləri, jurnalların analitik təsvirləri) elm sahələri üszə əks olunur.

 Oxucuların xidmət üçün oxu zalı (48 oxucu yeri), ona bitişik növbətçi otağı, kiçik oxu zalı (18 oxucu yeri) vardır. Vahid oxucu bileti üzrə oxucuların sayı 97 nəfərdən ibarətdir. Onlardan: 12 elmi işçi, 45 həkim, 6 aspirant, 30 tələbə və b. olmuşdur.

 2007-ci ildə xidmət şöbəsinə 3541 nəfər oxucu gəlmişdir. 21405 nüsxə ədəbiyyat verilişi qeyda alınmışdır. 2007-ci ildə ümumilikdə 29 sərgi kiçirilmiş və orada 334 nüsxə ədəbiyyat təqdim olunmuşdur.

2007-ci ildə 39 biblioqrafik arayış hazırlanıb, oxuculara çatdırılmişdır. Bu arayışlarda 1290 müxtəlif mənbə toplanıb, sistemləşdirilib oxucuların istifadəsinə verilmişdir.

 Kitabxanalar abonement vasitəsilə xidmət zamanı 1170 oxucu gəlişi, 3665 nüsxə kitab verilişi qeydə alınmışdır. Əsasən yeni jurnallara və kitablara tələbat artmaqdadır. Respublikanın bir sıra başqa kirabxanaları, məsələn: Azərbaycan Tibb Universitetinin kitabxanası, BDU-nun elmi kitabxanası, E/A-nın Mərkəzi Elmi Kitabxanası, M.F.Axundov ad. Milli Kitabxana, ABŞ səfirliyi Amerika mərkəzi və s. ilə sıx əlaqələr qurulmuşdur.

AzDRETK respublikamızda tibb kitabxanalarının elmi-metodik mərkəzi hesab olunur. 101 filial kitabxanası fəaliyyət göstərməkdədir. Filiallar Bakida olmaqla respublikamızın demək olar ki, bütün rayonlarında təşkil edilmişdir.

------------------------------------------------------------------------------------------------------------- 

Сделать бесплатный сайт с uCoz